Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Başçı təqaüddə olan xanımları ziyarət etdi

258

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmiş və hazırda təqaüddə olan xanımları ziyarət  edib, hər birinə gül buketi və hədiyyələr təqdim edib. Qadınları 8 mart bayramı münasibəti ilə təbrik edən başçı onların problemləri ilə maraqlanıb, nəyə ehtiyacı olduqlarını öyrənib.

Ziyarət olunan xanımlar bu gəlişdən kövrəlib və icra başçısının addımını qiymətləndiriblər.

Şərhlər bağlıdır.