Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir apteklərində spirt və tibbi maska satışı qənaətbəxşdirmi?

Bir neçə gün bundan öncə koronavirus epidemiyası ilə bağlı  Mingəçevir apteklərində   tibbi maska və spirt çatışmamazlığı və qiymət artımı müşahidə edilirdi. Bu gün şəhərin bütün apteklərini gəzərək, apteklərdə tibbi maska və spirtin olub-olmaması ilə və qiymətlərlə  maraqlandıq. Məlum oldu ki, şəhərin bir neçə aptekindən başqa bütün apteklərdə tibbi maska və spirt var. Tibbi  maskanın bir ədədi 20-30, spirtin bir ədədi isə 50-60 qəpik civarında satılır. Bəzi spreyli spirtlər isə 2 manat 50 qəpik idi. Əcazçılar bildirdilər ki, depoda tibbi maskanın alış qiymət17 qəpiyədir.

Apteklər problemin onlarla bağlı olmadığını bildirirlər. Bəzi aptek sahibləri maska və spirtləri satıb qutardıqlarını, yeni partiyanın isə gəlmədiyini söyləyirlər. Qeyd edirlər ki, depolar maska və spirt ehtiyatlarının qutardığını iddia edərək, onları əliboş yola salırlar.  Qeyd edək ki, Rusiya istehsalı olan spirtlər 70 qəpiyə satılır. Şəhər sakinləri isə bu gündən apteklərdən maska və spirt çatışmazlığının müşahidə etmədiklərini bildirdilər.

Şərhlər bağlıdır.