Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə qadın sürücülərə sürpiriz edildi

Martın 8-də Dövlət Yol Polisi Mingəçevir bölməsinin əməkdaşları tərəfindən qadınlara tər çiçəklər hədiyyə olunub. Günortaya qədər 20-dan artıq qadın sürücü belə sürprizlə qarşılaşıb.

YPX  əməkdaşları  sürücü xanımları saxlayaraq, həmçinin onlarla maarifləndirici söhbətlər də aparıb, bayram münasibətilə hər hansı cərimə tətbiq etməyəcəklərini bildiriblər.

Mingəçevir Yol polisi bölməsinin rəisi Cəmşid Abbasov bildirdi  ki, Azərbaycanda son illər xanım sürücülərin sayı artmaqdadır: “Xanım sürücülər arasında kobud qayda pozuntularına yol verənlər olsa da, nizam-intizamı ilə seçilən sürücülər daha çoxdur.  Bu dəfə də  ənənəmizə sadiq qalaraq zərif cinsin nümayəndələrini bayram günü sükan arxasında sevindirməyə nail olduq”.

Bu gün sürpirizlərlə qarşılanan xanım sürücülər son zamanlar polisin xeyirxah əmələrinin şahidi olduqlarını vurğulayıblar və Azərbaycan polisinə minnətdarlıq bildiriblər.

Şərhlər bağlıdır.