“Təmiz Sahil” layihəsinə başlanıb
Kamal Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi çərçivəsində “Təmiz Sahil” layihəsinin icrasına başlayıb. Layihə ərzində ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan gənclərlə 3 günlük təlimlərin keçirilməsi nəzərdə tutulub. Onlara ekologiya və ətraf mühitlə bağlı vacib nəzəri və praktiki biliklər veriləcək. Əsasən ekoloji problemlər və onların aradan qaldırılması yolları, regionlarda, xüsusilə, Mingəçevir şəhərində ekoloji təmizlik problemi və bu kimi digər məsələlər müzakirə olunacaq.
Üç günlük təlimdən sonra Mingəçevir su anbarının sahilində təmizlik aksiyası planlaşdırılır. Layihənin sonunda fərqlənən iştirakçılar sertifikatlarla təltif ediləcək
Şərhlər bağlıdır.