“Təmiz Kür”
Qloballaşan dünyanın qabaqcıl problemlərindən biri olan daxili suların təhlükəsizliyi və təmizlənməsi ölkəmiz üçün də proritet məsələdir. Bu amil bu sulardan istifadə edən, xüsusilə də Mingəçevirin əsas su mənbələrindən biri olan Kür çayının ətrafında yaşayan insan həyatının sağlamlığı üçün vacib şərtdir. Layihənin əsas məqsədinə uyğun olaraq, təşkil olunan təlimlərdə gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrinin artırılmasına, daxili suların və Kür çayının sahilyanı hövzəsinin təmizliyinə, ekoloji maarifləndirilməsinə və iştirakçılarda ekoloji mədəniyyətin formalaşdırılmasına diqqət yetirilir.
Layihə çərçivəsində “Təmiz Kür” adı altında təşkil olunacaq ekoloji təmizlik aksiyasında gənclər yaxından iştirak edəcək və bu kimi görüşlər davamlı olaraq təşkil olunacaq.
Vüsal Mahmudov,
Layihə rəhbəri
Şərhlər bağlıdır.