Mingəçevirdə referenduma hazırlıqla bağlı ardıcıl işlər görülür
Avqustun 23-dən 47 saylı Mingəçevir seçki dairəsi üzrə DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün üç günlük ixtisaslaşdırılmış kurslara başlanıb. DSK sədri Oktay Məmmədov bildirib ki, Mərkəzi Seçki Komissiyasının tədbirlər planına və təlimatına uyğun olaraq Mingəçevirdə, xüsusən seçki məntəqələrində referenduma hazırlıqla bağlı ardıcıl işlər görülür.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siaysi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sahib Əliyev seçici siyahılarının təzələnməsi, referendum qabağı təşviqatın aparılması, bildirişlərin seçicilərə çatdırılması və digər istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolundan, onların seçki komissiyaları ilə səmərəli və qarşılıqlı əlaqələrindən danışıb.
Şərhlər bağlıdır.