Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU beynəlxalq əlaqələrini genişləndirir

204

MDU beynəlxalq əlaqələrini genişləndirir

Mingəçevir Dövlət Universitetində Bakı Biznes Universitetinin koordinatoru

olduğu layihə çərçivəsində təqdimat və monitorinq keçirilib

Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı və monitorinqi keçirilib. Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoru, baş müəllim Səbinə Quliyeva açıb.

Bakı Biznes Universitetinin rəhbərliyi ilə həyata keçirilən proqramda Koordinatorlar – Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Layihə koordinatoru Gülşən Bayramova tərəfindən universitetlərin struktur rəhbərlərinə, dekanlara və kafedra müdirlərinə Avropa Birliyi tərəfindən maliyyələşdirilən 3 illik layihənin əhəmiyyəti və mahiyyəti barədə məlumat verilib.

Layihə koordinatoru Gülşən Bayramova bildirib ki, layihənin əsas məqsədi universitetlərdə keyfiyyətin mütəmadi yoxlanılması və standartlara cavab verməsi üçün nəzarətedici mexanizmin qurulmasıdır.

Geniş diskusiyaya səbəb olan məsələ ilə bağlı baş müəllim Günəş Şəfaqətov, İlhamə İsmayılova, fakültə dekanı, dosent Nüşabə Qədimli, kafedra müdiri, dosent Sahib Mustafayev, baş müəllim Arif Tağıyev, Mehriban Kərimova və digərləri fikirlərini bildiriblər.

Bakı Biznes Universitetinin nümayəndələri yekun olaraq universitetlərdə yaradılmış keyfiyyət təminatı mərkəzlərində monitorinq yoxlamalar aparıblar. Hər universitetə layihədə nəzərdə tutulmuş 2 kompüter təqdim olunub.

MDU-nun Mətbuat xidmətinin rəhbəri

 

Şərhlər bağlıdır.