Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Tələbələrin Yay Təcrübə Proqramı” gənclərə nə verdi?

202

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Tələbələrin Yay Təcrübə Proqramı” uğurla başa çatıb.

Gənclərin maraqla iştirak etdiyi layihənin sonuncu vebinarının spikerləri Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu, “AAC MMC”nin satış şöbəsinin müdiri, “Sat Group” şirkətinin satış üzrə təlimçisi Sarvan Aslanov və Çinin Tsingua Universitetinin məzunu, Global Assistant LTD şirkətinin icraçı direktoru, GA trade and consulting LTD-nin qurucusu Vüsal Qurbanov olub. Gənclərə gələcək karyeralarında uğur qazanmaq üçün hər zaman özünə inanmağı tövsiyə edən spikerlər öz arzuları, məqsədləri üçün mübarizə aparmağın vacib olduğunu qeyd edib və sualları cavablandırıblar.

“Tələbələrin Yay Təcrübə Proqramı”nın məqsədi, karantin qaydalarına əməl olunmaqla, universitetdə təhsil alan və təhsilini bitirmiş tələbələrin müxtəlif sahələrdə tanınan şəxslərlə görüşünü təşkil etmək idi. Proqram gənclərə iş adamlarının təcrübələrindən faydalanmaq, nəzəri biliklərlə yanaşı praktik bacarıqlara yiyələnmək imkanı yaradıb. Eyni zamanda tələbələr asudə vaxtlarını səmərəli şəkildə keçirmək imkanı da qazanıblar.

Sonda layihəni uğurla bitirən iştirakçılar sertifikatla təltif olunub.

 

Şərhlər bağlıdır.