Orta və ali təhsil

Analıq məzuniyyətindən qayıdan müəllimi iş yerinə qaytarmırlar

Mingəçevirdəki 8 saylı məktəbin müəllimi, iki körpə uşaq anası kömək ümidilə Mehriban xanım Əliyevaya açıq müraciət edib

Mingəçevir şəhər sakinin Zeynəb Quliyeva Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya açıq müraciət edib. Müraciətdə deyilir:  

“Hörmətli Mehriban xanım, öncə Vətən Müharibəsində ölkəmizin qazandığı böyük qələbə münasibəti ilə Ali Baş Komandanı, hörmətli Prezidentimiz İlham Əliyevi və sizi ürəkdən təbrik edirəm.

Mən Goranboyun Tapqaraqoyunlu kəndində böyümüşəm və Mingəçevirdə yaşayıram.

2015-ci ildə imtahandan keçməklə Mingəçevirdəki 8 nömrəli məktəbə ibtidai sinif muəllimi vəzifəsinə qəbul olundum. 3 il ərzində mənimlə hər il əmək müqaviləsi bağladılar.

2018-ci ilin aprel ayında analıq məzuniyyətinə  çıxdım. Mənə bildirdilər ki, uşaqlarıma qulluqla bağlı müavinət ala biləcəyəm, amma vermədilər.

Bu gün gələcəyin iki əsgərini böyüdürəm. Ancaq indi onlara baxa bilmirəm. Çünki maddi cəhətdən çox sıxıntımız var. Həyat yoldaşımın aldığı cüzi əmək haqqı  kredit və  digər borclarımızı belə ödəmir. Belə vəziyyətdə iş yerimə qayıtmaq üçün məktəb rəhbərliyinə müraciət etmişəm. Ancaq məni işə götürmürlər. Səbəb kimi də dərs saatının olmadığını bildirirlər. Bəs nə edim?

Hörmətli Mehriban xanım, sizə sonsuz hörmətimiz var. Ailəmiz sizi çox sevir. Ümid edirəm ki, mənə köməyinizi əsirgəməyəcəksiniz. Körpə uşaqlı bir ana kimi sizin yardımınızla iş yerimə qayıdacağımı inanıram”.

Mingəçevir şəhər sakinin Zeynəb Quliyeva Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya açıq müraciət edib. Müraciətdə deyilir:
“Hörmətli Mehriban xanım, öncə Vətən Müharibəsində ölkəmizin qazandığı böyük qələbə münasibəti ilə Ali Baş Komandanı, hörmətli Prezidentimiz İlham Əliyevi və sizi ürəkdən təbrik edirəm.

Mən Goranboy rayonun Tapqaraqoyunlu kəndində böyümüşəm və Mingəçevirdə yaşayıram. 2015-ci ildə imtahandan keçməklə Mingəçevirdəki 8 nömrəli məktəbə ibtidai sinif muəllimi vəzifəsinə qəbul olundum. Mənimlə bir təhsil  ili müddətinə əmək müqaviləsi bağladılar. 2016 və 2017-ci illərdə də təkrar imtahatdan keçməklə 8 saylı məktəbə göndərildim və yenə də mənimlə bir illiyə müqavilə bağladılar.

2018-ci ilin aprel ayında, müqaviləm başa çatmamış, analıq məzuniyyətinə  çıxdım. Mənə bildirdilər ki, uşaqlarıma qulluqla bağlı müavinət ala biləcəyəm, amma sonradan dedilər ki, müqaviləm 1 təhsil ili üçün nəzərdə tutulduğundan  müavinəti verə bilməyəcəklər.

Mən gənc müəllim kimi daim üzərimdə çalışıram. Dərs dediyim uşaqlar və onların valideynləri də işimdən razılıq edirlər. Bir çoxları yenidən məktəbə nə vaxt qayıdacağımı gözləyirlər.

Qanuna görə, öhdəmdə azyaşlı uşağım olduğu üçün başqa işçilərlə müqayisədə üstünlük hüququm var. Elə bu hüququmdan istifadə edib, iş yerimə qayıtmaq üçün dəfələrlə məktəb rəhbərliyinə müraciət etmişəm. Ancaq hər dəfə məni get-gələ salıb, işə götürməkdən boyun qaçırırlar. Səbəb kimi də dərs saatının olmadığını bildirirlər.

İki azyaslı körpəm var, gələcəyin iki əsgərini böyüdürəm. Ancaq indi onların xərclərini qarşılamaqda çətinlik çəkirəm. Çünki maddi cəhətdən çox sıxıntımız var. Həyat yoldaşımın aldığı cüzi əmək haqqı  kredit və  digər borclarımızı belə ödəmir.

Hörmətli Mehriban xanım, sizə sonsuz hörmətimiz var. Ailəmiz sizi çox sevir. Ümid edirəm ki, mənə köməyinizi əsirgəməyəcəksiniz. Körpə uşaqlı bir ana kimi sizin yardımınızla iş yerimə qayıdacağıma inanıram”.

8 saylı tam orta məktəbin direktor əvəzi Faiq müəllim sorğumuza cavabında bildirdi ki, Zeynəb Qulievanı işə qaytarmaq imkanı daxilində deyil: “Onu daimi deyil,  müvəqqəti işçi kimi işə götürmüşdülər. Bunu Adil müəllim (məktəbin əvvəlki direktorudur, bu ilin sentyabr ayından yaşla əlaqədar təqaüdə köndərilib-F.N) yaxşı bilir. Məncə onun müqaviləsi bitib. Yəni ehtiyat müəllim kimi çalışırdı”.

Məsələni araşdıracağına söz verən direktor əvəzinin Zeynəb Quliyevaya son sözü bu olub ki, yenə təhsil şöbəsinə müraciət etsin. Amma son 2 ildə bu şöbədən kömək ala bilməyən qadın ora müraciət etməyin mənasız olduğunu deyir.

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close