Cəmiyyət

Tələbələrə sertifikatlar və mi-news.az səhifəsinə giriş üçün kod və parollar təqdim olundu

Professor Veysəl Əyyubovun Mingəçevir Dövlət Universitetində tələbələrin məqalələrinin geniş nümayişini təşkil etmək təklifi rəğbətlə qarşılandı

  • Xəbər verdiyimiz kimi,  ötən ilin dakabr ayından Mingəçevir Media Mərkəzində “Tələbə qızların xəbər dünyası” proqramına başlanıb. Yanvarın 19-da baş tutan son məşğələdə qızlara mi-news.az səhifəsinə giriş üçün istifadəçi profillərinin kod və parolları təqdim olunub. Onlar layihə komandasının köməyilə son bir həftə ərzində gender mövzusunda hazırladıqları yazıları səhifəyə daxil ediblər.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, təlimçi Fərman Nəbiyev proqramın yekunundan məmnun olduğunu bildirib: “Ali məktəblərin 3-4 ilə tədris etdiyini qısa müddətdə-ay yarımda öyrətmək – səhərdən axşamadək çalışmaq, ev tapşırıqlarını yoxlamaq, yazıları səbrlə oxumaq, düzəliş üçün təkrar-təkrar qaytarmaq, üzərində birgə işləmək asan deyildi. Amma məqsədimizə nail olduq. Bu gündən oxucularımız internet səhifəmizdə Səidə Əsədli, Sevinc Nağıyeva, Tahirə Mustafayeva, Lalə Səmədova, Nəsrin  İmamverdiyeva, Aysu Quliyeva, Ceyhunə HəsənovaGüldəsdə Rəsulova, Sahibəxanım QarayevaAytəkin Səmədli kimi 10 yeni əməkdaşımızın da imzalarını və yazılarını görürlər”.

Son məşğələ həm də yazıların və sertifikatların təqdimatı ilə yadda qalıb. MDU-nin professoru, iqtisad elmləri doktoru Veysəl Əyyubov, Mingəçevir Tibb Kollecinin müəllimi  Azər Quliyev, TRHET liseyinin müəllimi Telli Əliyeva proqram heyətini və gəncləri böyük uğura imza atmaları münasibətilə təbrik ediblər. V.Əyyubovun Mingəçevir Dövlət Universitetində tələbə və müəllimlərin iştirakilə mi-news.az səhifəsində yerləşdirilən yazıların geniş nümayişini təşkil etmək və başqa gəncləri də bu sahəyə həvəsləndirmək təklifi rəğbətlə qarşılanb.

  • Dekabrın 15-dən Mingəçevirdə başlanan “Tələbə qızların xəbər dünyası” 6 həftəlik təlim proqramı Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin  birgə  həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihəsi  üzrə DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondu ekspertlərinin  icra etdiyi “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində  gerçəkləşir.

    Daha çox

    Oxşar yazılar

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

    Bu xəbəri oxumusunuz?

    Close
    Close