Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tələbələr öz mediasını yaratdı

2021-ci ilin sentyabr ayında Mingəçevir, Gəncə və Lənkəran gənclərinin iştirakilə   start götürən “Tələbələr öz mediasını yaradır” layihəsi noyabrın 21-də studentmedia.az platformasında dünya auditoriyasına çıxdı.

“Tələbə mediası layihəsi ilk mərhələsi 3 bölgədə media vərdişləri və onlayn jurnalistika barədə ənənəvi təlimlərlə başladı. Tələbələr oktyabrın 11-dən 13-dək Gəncə, 15-dən 17-dək Mingəçevir, 19-dan 21-dək Lənkəranda nəzəri və praktiki məşğələlər və qrup işləri ilə məşğul oldular. Onlara düzgün mövzu seçimi, onlayn və oflayn araşdırma, sorğu və müsahibə üsulları haqda ətraflı bilgilər verildi. Noyabrın 1-dən 4-dək Almaniyanın media orqanlarına virtual səfərlər təşkil edildi”.

Bu barədə Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun (İDEM) nümayəndəsi, layihə rəhbəri Elnurə Сivazadə mi-news.az səhifəsinin müxbiri ilə söhbətində deyib. Onun sözlərinə görə, 17-21 noyabr tarixlərində tələbələr internet üçün yazmaq və video çəkmək vərdişləri ilə bağlı bilgilər əldə ediblər: “Onlar küçəyə çıxaraq və müxtəlif mövzularda videolar çəkərək facebook qrupuna, eyni zamanda bölgələrdə olarkən hazırladıqları məqalələrini təlimçi jurnalistlərin köməyilə yenidən işləyərək, veb səhifəyə yüklədilər“.

Təlim ADA universitetində görüş, İctimai TV, Asan Radio, Pressklub.az və Teleqraf.com  səhifələrinə canlı səfərlər, maliyyə axtarışı barədə təlimlər, yeni redaksiyanın və onun menecmentinin qurulması ilə başa çatıb.

Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “Tələbələr öz mediasını yaradır” layihəsi İDEM  və onun Azərbaycandakı tərəfdaşı olan İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) tərəfindən həyata keçirilir. Təlimləri İDEM-in sədr müavini Ulrike Butmalu, fotoqraf Marcus Andreas Mohr və yerli mütəxəssislər aparıblar.

Şərhlər bağlıdır.