Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin nümayəndələri YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə keçirilən tədbirdə fəal iştirak edib

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu  ildönümü münasibətilə YAP Mingəçevir şəhər təşkilatı ağac əkmə kompaniyası keçirib.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmaylov, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, partiyanın fəalları ictimaiyyət nümayəndələri, mətbuat təmsilçiləri iştirak edib. Kompaniyaya Mingəçevir Dövlət Universitetinin fəalları da qoşulub.

Kampaniya çərçivəsində Heydər Əliyev prospekti və Samux küçələrində baş tutan ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib, suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Şərhlər bağlıdır.