Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tələbə könüllülərinin aksiyasına icra başçısı da qoşuldu

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası  Mingəçevirdə  ağacəkmə aksiyası ilə yadda qalıb. Fevralın 24-də Mingəçevir Dövlət Universitetinin tələbə könüllüləri Samux  küçəsi boyunca boş ərazidə  eldar şamı, akasiya və ağcaqayın növlərindən olan 613 ədəd ağac əkiblər. Bununla da onlar Xocalı soyqırımı zamanı erməni vəhşiləri vəhşiləri tərəfindən qətlə yetirilən 613 Xocalı sakinini yad ediblər.

Aksiyaya könüllülərlə bərabər Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yaşıllaşdırma və Sanitatar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov və başqaları da qatılıblar.

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir. Məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad etmək, sağ qalmış ailələrə dəstək göstərmək, qanlı tariximizi yaddaşlara köçürməkdir.

 

Şərhlər bağlıdır.