Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Tərtər işi” üzrə həbs edilən məhbuslardan bir qisminin məhkumluğu götürülüb

Vəkil Rəsul Cəfərovun mətbuata verdiyi məlumata əsasən 2 noyabr tarixində Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda Tərtər Hərbi Məhkəməsinin 2018-ci ildə çıxardığı hökm ləğv olunub. Qərara əsasən, 11 nəfər barəsindəki cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.

Gəncə Apellyasiya Məhkəməsi Tərtər Hərbi Məhkəməsinin işə baxarkən ciddi nöqsanlara yol verdiyini bildirib. İttiham olunan şəxslərin işinə birinci instansiya kimi Gəncə Hərbi Məhkəməsində baxılacağı qeyd olunub.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunan məhkumlara 10-20 il aralığında azadlıqdan məhrumetmə cəzası verilib.

Şərhlər bağlıdır.