Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şuşa işğaldan azad olundu (Yenilənib)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabana və Şəhidlər Xiyabanına gəlib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər. Prezident  “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bundan sonra ölkə başçısı xalqa müraciət edib.

O, bildirib ki, Şuşa işğaldan azad olunub. Xalqa müraciət edən Azərbaycan Prezidenti İlham Əliyev çoxdan gözlədiyimiz xəbəri çatdırıb və deyib ki, əziz Şuşa, sən artıq azadsan.

Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın,  görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüblər.

Yaşasın Azərbaycan xalqı! Var olsun Baş komandanımız  və Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!

Şərhlər bağlıdır.