QHT

Şuranın dəstəyilə 23 nəfər kompüter biliklərinə yiyələnib

MVA-nın məcburi köçkünlərlə bağlı layihəsi uğurla davam edir

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi (MVA İB) Ağdam və Bərdədə məskunlaşan məcburi köçkünlər üçün 2 aylıq kompüter təlimlərini başa çatdırmaq üzrədir. Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriən layihənin bir hissəsi olub.
MVA-nın və layihənin rəhbəri Fərman Nəbiyev deyib ki, iki rayonda 20 nəfəri təlimlərə cəlb etmək nəzərdə tutulmuşdu: “Amma müraciət edənlərin sayı çox oldu. Bu müddət ərzində 23 nəfər məşğələlərə müntəzəm gəib. Yaxın 10 gün ərzində biliklərini yoxlayandan sonra onlara sertifikatları təqdim edəcəyik”.
F.Nəbiyevin sözlərinə görə, “Məcburi köçkünlər arasında “Elektron hökumət”in təbliği” adlı layihə çərçivəsində indiyədək Mingəçevirdə məcburi köçkünlər üçün informasiyası sessiyası və köçkün uşaqları üçün yay məktəbi təşkil edilib. Eyni xarakterli informasiya sessiyaları sentyabrın 20-də Ağdam və Bərdədə də planlaşdırılıb.

Daha çox

Oxşar yazılar

Close