Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şura iclasında 4 məsələ müzakirə olundu

Başçı müvafiq şöbələrə tövsiyə və tapşırıqlarını verdi

22 iyul 2022-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. Tədbir iştirakçıları 2022-ci ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının vəziyyəti və ilin ikinci yarısında qarşıda duran vəzifələr, şəhər təsərrüfatı müəssisələrinin 2022-ci ilin I yarısında fəaliyyəti, şəhərdə uşaq və gənclərin asudə vaxtının təşkili, onların dünyagörüşünün formalaşdırılması sahəsində görülən işlərin vəziyyəti və Mingəçevir şəhər İcra Hakimiyyətinə 2022-ci ilin birinci yarımilliyində daxil olmuş sənədlərlə iş, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması vəziyyəti barədə məruzələri dinləyib. Çıxışçılardan sonra İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müvafiq şöbələrə tövsiyə və tapşırıqlarını verib.

Şərhlər bağlıdır.