Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra Hakimiyyəti başçısı jurnalistlərlə görüşdü

Axşam radələrində İcra Hakimiyyəti adından mətbuat işçilərinə ziyafət verildi

1. 108

Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə iyulun 22-də Mingəçvir şəhər İcra Hakimiyyətində görüşə bölgəni əhatə edən media təmsilçiləri ilə yanaşı ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri də dəvət olunublar. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan mətbuatının keçdiyi yola nəzər salıb, mətbuat üzərində senzuranın götürülməsindən, ölkədə azad mətbuatın inkişafı və tərəqqisinə geniş yol açılmasından danışıb. O, 44 günlük müharibə zamanı ölkə prezidentinin  aparıcı KİV-lərə müsahibələr verməklə Azərbaycanın haqq işini dünyaya çatdırmasından danışıb.

“Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və redaktoru Yeganə Nəbiyeva, Kanal32 MMC-nin rəhbəri İnqilab Şirinbəyli, “Azərbaycan Bələdiyyəsi” qəzetinin müxbiri İxtiyar Şirinli fikirlərini bölüşüblər.

Həmin gün axşam mətbuat işçilərinə İcra Hakimiyyəti adından ziyafət verilib. Ziyafətdə İH başçısının müavini Hikmət Kərimov iştirak edib.

Şərhlər bağlıdır.