Sumqayıtdakı STP-AH MMC-də partlayış nədən baş verib?
“Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye halında olan kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub”.
9 noyabr, 2021-ci ildə gecə saatlarında Sumqayıtda, STP Şirkətlər Qrupunun törəmə şirkəti olan STP-AH MMC-də baş verən partlayışla əlaqədar qəzetimizə məlumat verən STP-nin Kommunikasiya / İctimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyev belə deyib. Onun sözlərinə görə, hadisə baş verən zaman ərazidə üç metaləritmə işçisi olub: “Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi, səhhətlərinin yerində olduğu müəyyən olunub. Əmək qabiliyyəti yerində olan hər üç əməkdaş iş fəaliyyətini fasiləsiz davam etdirəcək”.
Şərhlər bağlıdır.