Sumqayıt sakini Mingəçevirdə intihara cəhd edib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir Su Anbarı ərazisindəki çimərlikdə baş verib.
1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İsayev Fəxrəddin İsa oğlu özünə qəsd məqsədilə özünü su anbarına atıb. Sahildə olan FHN dalğıc xilasetmə qrupunun sayıqlığı nəticəsində intiharın qarşısı alınaraq özünü öldürmək istəyən şəxs sahilə çıxarılıb. Daha sonra həmin şəxs kəsici alətlə qollarını doğrayıb.
Şərhlər bağlıdır.