Hadisə

Goranboyda azyaşlını it dişləyib

Goranboyda 6 yaşlı uşağı it dişləyib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində baş verib.

2015-ci il təvəllüdlü qəsəbə sakini Məmmədov Yusif Teymur oğlu itin hücumuna məruz qalıb. Çoxsaylı dişlək xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralı uşağın vəziyyəti hazırda görülən tibbi yardım sayəsində stabilləşib. Daha sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Daha çox

Oxşar yazılar

Close