Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Su çəkildi, texnika iflic oldu, sahələr quruyur

Şirvan bölgəsinin 11 rayonunda təsərrüfat sahələrinin suvarılmasında çətinlik yaranıb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, səbəb Mingəçevir su anbarında suyun səviyyəsinin aşağı düşməsidir. Bu da Yuxarı Şirvan kanalının ötürücülük qabiliyyətini azaldıb. Çətinlik yaranan rayonlarda ərazilərinin suvarılması da məhz bu kanal vasitəsilə həyata keçirilir. Sıxıntı əsasən yağıntı azlığı ilə izah edilir. 3400 metr məsafədən kanalın texniki istismar hissəsinə aparan əsas və köməkçi su kanalında ümumi səviyyə ən azı 4-5 metr düşüb. Suyu mühərriklər vasitəsi ilə də ötürmək mümkün deyil. Çünki mühərrikin lazımi hissəsi havada qalıb. Yuxarı Şirvan Kanal İstismarı İdarəsinin baş mühəndisi Əliqulu Abbasov deyir ki, vəziyyət son 2 ay ərzində bu yerə gəlib çatıb. Onun sözlərinə görə, il ərzində kanalın istismarı prosesində və su təminatında hər hansı sıxıntı yaşanmayıb. Suyun səviyyəsinin düşməsi ilə bağlı 1 aydan yuxarıdır ki, idarə əməkdaşları kompleks tədbirlər həyata keçirir. Texnikadan istifadə etməklə su mənbəyi ilə kanalın başlanğıcı arasındakı 3400 metrlik məsafə təmizlənir və dərinləşdirilir. Bu da tədricəcən səviyyənin müsbətə doğru dəyişməsinə kömək edir. Qeyd edək ki, havaların sabitliyi kanalda başlanan işləri vaxtında başa çatdırmağa imkan verir.

https://youtu.be/aKCP-QXFUqE

Şərhlər bağlıdır.