Bizimlə həyatınız həmişə işıqlı olacaq!

STP şirkətlər qrupu Türkiyəyə minlərlə ağac ianə etdi

322

STP və onun törəmə şirkətləri olan SOCAR-STP, STP-AH, ASSAN-STP Panel, STP Global Cable, STP Alüminium və STP Metal Structures birləşərək, qardaş ölkəyə minlərlə ağac ianə ediblər. 

Azərbaycanın aparıcı sənaye istehsalçıları və idarəedici müəssisələri birləşdirən STP şirkətlər qrupu biznes fəaliyyəti ilə yanaşı daima sosial proseslərə həssas  yanaşır. STP komandası sənaye sektorunda bir daha təşəbbüs göstərərək, qardaş Türkiyə dövlətində baş vermiş fəlakəti diqqətsiz qoymayıb. Yanğınların törətdiyi fəsadların tezliklə aradan qaldırılması, meşə fondunun bərpasına töhfə vermək üçün həm STP, həm də onun törəmə şirkətləri olan SOCAR-STP, STP-AH, ASSAN-STP Panel, STP Global Cable, STP Alüminium və STP Metal Structures birləşərək minlərlə ağac ianə ediblər.

Mingəçevirli sahibkar hesab edir ki, indoneziyalı iş adamları ilə birgə şin zavodu qura bilər STP ilə Sumqayıt Dövlət Universiteti Memorandum imzalayıb Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maliyyə failiyyəti barədə hesabat

Qardaş ölkənin tezliklə yanğınların öhdəsindən gəlməsini və gözəl meşə təbiətini bərpa etməsini arzulayırıq.

Rəşad Əliyev,

Kommunikasiya / İctimaiyyətlə əlaqələr üzrə menecer

 

Şərhlər bağlıdır.