Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə növbəti dezinfeksiya işləri görülüb

Milli Qəhrəman Rəşad Mirabovun atası Akif Mirabov deyir ki, əvvəllər şəhərimizdə ağcaqanad, milçək, yoluxucu xəstəliklər yayan müxtəlif həşəratlar ciddi narahatlıq doğururdı

Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılsa da, son günlər COVİD-19 infeksiyasına yoluxma sayının artması narahatlıq doğurur. Bu səbəbdən Mingəçevir  Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi dezinfeksiya tədbirlərini davam etdirir. Onlar küçə və prospektlər, yaşayış binalarının giriş hissələri, pilləkən qəfəsləri və ətrafı,   ticarət və xidmət obyektləri, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrini xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyublar.

Avropaya rahatlıqla səyahət edə biləcəyik. Çünki gözlədiyimiz gün gəldi Allahverdi Alıyev Mingəçevir Təcili Yardım Stansiyasına baş həkim təyin olunub Mingəçevirdə daha bir məktəbdə əyani dərslər müvəqqəti dayandırılıb

İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargahın üzvləri və İH-nin monitorinq qrupları əhalinin sıx toplaşdığı məkanlarda maarifləndirici söhbətlər aparırlar. Azərbaycanın Milli Qəhrəman Rəşad Mirabovun atası Akif Mirabov deyir ki, əvvəllər şəhərimizdə ağcaqanad, milçək, yoluxucu xəstəliklər yayan müxtəlif həşəratlar ciddi narahatlıq doğururdı: “İndi belə bir problemimiz yoxdur.”

 

Şərhlər bağlıdır.