Mingəçevir sakini sosial yardımının kəsilməsinə etiraz əlaməti olaraq intihara cəhd edib.
Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında Naxçıvan küçəsi 29 ünvanında yerləşən yataqxanada baş verib. İlkin məlumata görə, 1988-ci il təvəllüdlü İsmayılov Ramin Hacıağa oğlu kəsici alətlə özünə xəsarət yetirib. O, sol qol nayihəsinin dərin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.