BələdiyyəMingəçevir

Bələdiyyə bir məhəlləyə 16 söhbətgah və 50 oturacaq gətirdi

Mingəçevir Bələdiyyəsi N.Nərimanov, Ş.İ.Xətai və A.Məmmədov küçələrinin kəsişməsində yerləşən ərazini “Abad məhəllə”yə çevirdi

135-ci məhəllə Mingəçevirin N.Nərimanov, Ş.İ.Xətai və A.Məmmədov küçələrinin kəsişməsində yerləşir. Ərazidəki  16 hündürmərtəbəli yaşayış binasında 4 minə yaxın sakin yaşayır. Mingəçevir Bələdiyyəsi “Abad məhəllə” layihəsi çərçivəsində həmin ərazidə hər bir yaşayış binasının qarşısına bir söhbətgah və üç söykənəcəkli oturacaq qoyub (Cəmi 16 söhbətgah və 50 oturacaq). Müasir dizaynla düzəldilmiş hər söhbətgah 1400,  bir oturacaq isə 130 manata başa gəlib. Bundan başqa, “Ahıllar bağı”na hər biri 190 manat dəyərində 20 ədəd oturacaq yerləşdirilib. Bütün bu işlərə görə bələdiyyə dövlət büdcəsindən ayrılmış dotasiyadan 32.700 manat vəsait xərcləyib.

Bu barədə “Mingəçevir işıqları” qəzetinə yerli Bələdiyyədən məlumat verilib. Eyni zamanda bildirilib ki,  şəhərin N.Rəfibəyli küçəsində şəhid Şaiq Mustafayevin xatirəsinə tikilmiş bulağın ətrafındakı söhbətgah təmir edilib və oraya iki ədəd oturacaq qoyulub.

 

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker