Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Son istəyin nədir? “Su icmək istəyirəm”

Sosial şəbəkələrə ötürülən bu şəkil gizli çəkilib. Edam səhnəsidir. Bir azdan edam olunacaq, boynuna kəndir keçirilmiş gənc əlindəki su qabını ləzzətlə başına çəkir. Onun son arzusu yerinə yetirilib. Cəlladlar “humanistcəsinə davranaraq  şair, ictimai fəal Ramin Hüseynə sual veriblər: “Son istəyin nədir?”. Ramin deməyib ki, bəsdir insan haqlarını pozdunuz, ölkəni taladınız, qanunsuzluqlara göz yumdunuz, bunları yığışdırın. Onsuz da bu xahişə əməl olunmayacaqdı. Buna görə də sadəcə su istəyib. Sonra isə əbədiyyətə qovuşan daha bir mübarizin yarımçıq qalan ömrü.

Onun günahı nə idi, doğrudanmı Ramin dara çəkilməyə layiq bir günah işlətmişdi?! Xeyr! Sadəcə həqiqəti vəsf edirdi, solçu və müxalif idi.

Vətən oğlu

Şərhlər bağlıdır.