Şəhid qardaşların xatirəsinə bulaq inşa olundu
Mingəçevirdə şəhid Musa və Tural qardaşlarının xatirəsinə inşa edilən ehsan bulağının açılışı olub. Karantin rejiminin qaydalarına uyğun olaraq, xatirə bulağının açılışına şəhidin ailə üzvləri və bir neçə şəhid anası, qazillər, MDU-nun ictimayyətlə əlaqələr şöbəsinin nümayəndələri və bir neçə tələbə, 10 saylı məktəbin şagirdləri qatılıb.
Mingəçevirdən olan Musa və Tural Həsənov qardaşları İkinci Qarabağ Müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıblar. Onlar Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüblər.
Musa noyabrın 5-də, Tural isə dekabrın 9-da Mingəçevirin Şəhidlər Xiyabanında dəfn olunub. Sentyabrın 30-dan sonra Turalla əlaqə saxlamaq mümkün olmayıb. Yalınız 69 gündən sonra, dekabrın 8-də onun şəhid olduğu təsdiqlənib və bu barədə ailəsinə xəbər verilib. 26 yaşı Tural iki oğul, 25 yaşı Musa isə iki qız atası idi.
Şəhid qardaşların valideynlərinin təşəbbüsüylə inşa edilən bulaqdan istənilən zaman su içmək olar.
Şərhlər bağlıdır.