HadisəMingəçevir

Mingəçevirdə külək fəsad yaratdı, bir evin fasadını qopartdı

M.F. Axundov küçəsində yerləşən iki mərtəbəli evin bəzək konstruksiyası qopub və binanın eyvan hissəsinə düşüb

Aprelin 5-də axşamdan əsən güclü külək Mingəçevirdə də bir sıra fəsadlar törədib. Küləyin təsirindən şəhərin M.F. Axundov küçəsindəki 15/16 saylı ünvanda yerləşən hündür mərtəbəli evin bəzək konstruksiyası qopub və binanın eyvan hissəsinə düşüb, nohur borulara ciddi ziyan dəyib. Xöşbəxtlikdən xəsarət alan  olmayıb. Hazırda binanın ətrafı lentlə bağlanıb. Aidiyyatı qurumların nümayəndələri hadisə yerinə gəliblər.

Külək şəhərin N.Nərimanov küçəsində də iri gövdəli ağacları aşırıb, H.Əliyev prospektində isə yeni əkilmiş cavan ağacları kökündən qoparıb.

Ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Daha çox

Oxşar yazılar

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker