“Regionu gənc bələdçilərlə tanıyaq!”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Mingəçevir Turizm İnformasiya Mərkəzi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclər Evinin təşkilatı dəstəyi ilə “Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin təlimlərinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin ilk təlimləri Mİngəçevir Tibb Kolleci və Mingəçevir Turizm Kollecində baş tutub. Açılış tədbirində iştirak edən Birliyin sədri Tural Kərimov, Fondun nümayəndəsi Rahim Rəhimov və Tibb Kollecinin müəllimi Çingiz Ağakışıyev çıxış edərək, təlimlərin əhəmiyyətindən və Fondun bu sahədə fəaliyyətindən söz açıblar.
Gənclərin də böyük marağına səbəb olan təlimlərin məqsədi iştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər vermək, regionda yerli və xarici turistlərin diqqət mərkəzində olan turizm marşrutları üzrə turların texniki tərəfləri, turistlərlə kommunikasiyanın düzgün qurulması və digər məsələlər barədə nəzəri və təcrübə təlimləri təşkil etməklə ətraflı məlumatlandırmaq, bələdçilərə xüsusi dil kursları təşkil etməklə turizmin inkişafına dəstək olmaqdır. Həmçinin qarşıya qoyulan əsas məqsədlərdən biri də turizm sahəsində bələdçi çatışmazlığının aradan qaldırılmasına yardımçı olmaqdır.
3 ay davam edəcək və yüzlərlə gəncin iştirak edəcəyi təlimlərdə orta məktəblərin yuxarı sinif şagirdləri ilə yanaşı Universitet tələbələrinin də iştirakı nəzərdə tutulub. Qeyd edək ki, layihə müddətində iştirakçı gənclərin qazandıqları təcrübənlərini sərgiləmək üçün xüsusi təcrübə turları ilə yanaşı dil kursları da təşkil olunacaqdır. Bu səpkidə turları həyata keçirməklə ilk Avropa oyunlarında olduğu kimi 2017-ci ildə keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunlarında da özünəməxsus qonaqpərvərliyi və əsrarəngizliyi ilə bütün Avropanı özünə heyran edən regionumuzun turizm potensialını iştirakçılara tanıtmağa tövhə vermiş olacaq.
Növbəti təlimlər orta məktəblərin yuxarı sinif şagirdləri və Universitet tələbələrindən ibarət 300 gəncin iştirak ilə nəzərdə tutulub.
Sonda təlimləri uğurla başa vuran gənc bələdçilər diplomlarla qiymətləndiriləcəklər.
Tural Kərimov
Şərhlər bağlıdır.