Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə açıq məlumatlara dair təlimlərə start verildi

Noyabrın 21-də  Mingəçevir Media Mərkəzində Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində QHT, dövlət və KİV nümayəndələri  üçün   açıq məlumatlara dair təlimlərə start verib. Bir həftə ərzində davam edəcək təlimləri  media üzrə mütəxəssis Lyaksey Lyavonçik idarə edir.

MVA-nın prezidenti Fərman Nəbiyev  deyib ki, Azərbaycanda açıq məlumat təcrübəsinin genişləndirilməsinə ehtiyac var: “Bu seminarlar  jurnalist, QHT və  dövlət strukturları nümayənələrinə ona  görə  lazımdır ki, əhali ilə əməkdaşlığını daha rahat və sərbəst qurmağa nail olsun. Düşünürəm ki,  layihədən Azərbaycan yetərincə bəhrələnəcək”.

Ekspert Lyaksey Lyavonçik bildirib ki, təlimin əsas məqsədi auditoriyanı açıq məlumatlarla tanış etmək və gələcəkdə onlara məlumatları hamının başa düşəcəyi şəkildə təqdim etməyi öyrətməkdir.

Təlim boyunca  məlumatların toplanıb exsel cədvəlinə salınması, şəkillər  və cədvəllər üzərində iş, statistik məlumatın yoxlanması, mənbələrdən ilkin məlumatların əldə olunması və s. məsələlər araşdırılıb.

3 qrup üzrə  aparılan təlimlər noyabrın 27-dək davam edəcək.

Şərhlər bağlıdır.