Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma”

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Xaçmaz şəhərində 30 nəfərin iştirakı ilə baş tutan tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz Əmircanov,  mərkəzin sədri Sevil Allahverdiyeva Açıq Hökumətin Tərəfdaşlığı Təşəbbüsünün əhəmiyyəti ilə bağlı məlumat veriblər.

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü Xalid Kazımov bu təşəbbüsün yaranma tarixindən, AHT ilə bağlı Bəyannaməni imzalyan ölkələrdə  hökumətlərin, o cümlədən Azərbaycanın  öhdəliklərindən, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  danışıb. Natiq qey deib ki, bir sıra subyektiv səbəblərlə bağlı 2016-cı il mayın 4-də Açıq Hökumət Təşəbbüsü (AHT)  Rəhbər Komitəsi Azərbycanın statusunu müvəqqəti dondursa da, Azərbaycan açıq hökumətin prinsiplərinə sadiq olacağını elan edib: “Bu həftə ölkəmizə gələn beynəlxalq ekspertlərin fikrincə, hökumət-vətəndaş cəmiyyəti dialoqu çox mühümdür və  Azərbaycanda da bu istiqamətdə daha çox iş görülməsini istəyirlər. Azərbaycanla bağlı qərar iyun ayında veriləcək və ümid edirik ki, bu qərar müsbət olacaq”.

Təlim zamanı respublikamızda dövlət qurumlarının göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı nəzəri və təcrübi məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Layihə çərçivəsində növbəti tədbirlər Qusar, İsmayıllı, Qəbələ və Quba rayonlarında keçiriləcək.

Şərhlər bağlıdır.