Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-nun tələbə gəncləri “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniyaya dəstək verdi

Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr etdiyi “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniyaya qoşulub. Kampaniya çərçivəsində tələbə-gənclər hazırladıqları əl işləri və hədiyyələri, eləcə də paltar, uşaq oyuncaqları və məktəbli ləvazimatlarını toplayaraq, Suriyaya göndərilmək üçün Bakı şəhərinə yola salmışlar. MDU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyevin rəhbərlik etdiyi  kampaniyaya universitetin professor və müəllim heyəti də laqeyd qalmayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və UNİCEF-in son hesabatına görə, Suriya və İraqdakı münaqişələrin mənfi təsir etdiyi uşaqların sayı 14 milyondur. Suriya içində qalıb əziyyət çəkən və yardıma möhtac olan uşaqların sayı 5,6 milyondur. Bunların 323 mini 5 yaşdan kiçik uşaqlardır.Ölkələrindən qaçan suriyalı qaçqınların bir milyondan çoxu 11 yaşından kiçik uşaqlardır. Suriyada hələ də 18 yaşından kiçik 11 min 525 uşaq nəzarət altında saxlanılır.

Şərhlər bağlıdır.