Qusarlılar “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırıldı
Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində növbəti tədbirini Qusar şəhərində 32 nəfərin iştirakı ilə keçirib. Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Qılıcova Açıq Hökumətin Tərəfdaşlığı Təşəbbüsünün (AHT) əhəmiyyəti ilə bağlı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşı Həsən Səmədov da “Açıq hökumət” təşəbbüsü ilə bağlı əhalinin maarifləndirilməsinin əhəmiyyətindən danışıb. Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin sədri Sevil Allahverdiyeva layihənin əsas məqsədinin məlumatlandırma yolu ilə Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqinə töhfə verməkdən ibarət olduğunu bildirib.
Daha sonra Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü Xalid Kazımov iştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü ilə bağlı məlumatları çatdırıb.
Eyni zamanda tədbirdə dövlət qurumlarının göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı nəzəri və təcrübi məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində növbəti tədbirlər İsmayıllı, Qəbələ və Quba rayonlarında keçiriləcək.
Şərhlər bağlıdır.