Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qonşular arasında kütləvi dava

240

Mingəçevirdə qonşular arasında mübahisə davaya çevrilib. Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında “Bağlar” yaşayış massivi, 7-ci küçədə fərdi təsərrüfatlardan birində baş verib.

Əlbəyaxa dava zamanı bir ailənin 3 üzvü – ata, ana və onların qızları döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1988-ci il təvəllüdlü Yadigarova Zeynəb Yaqub qızı xəstəxanaya yerləşdirilib. Z.Yadigarovun valideynlərinə isə xıstəxana şəraitində tibbi yardım göstərilib.

Davanın başvermə səbəbləri araşdırılır.

İlkin məlumata görə, dava zərərçəkən ailənin həyətində baş verib.

Şərhlər bağlıdır.