Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir sakini mübahisə zəminində bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə şəhəri mərkəzi stadionu yaxınlığındakı çayxanada baş verib. Mübahisə zəminində 2004-cü il təvəllüdlü şəhər sakini Mərdanov Elmin Vüsal oğlu bıçaqlanıb.

Baldır nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.