Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraqqərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilsinlər:
dövlət orqanlarından
Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri
Məmmədov İlqar Kamil oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Hacıyev Zakir Yusif oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
qeyri-hökumət təşkilatlarından
Məmmədov Sahib Məlik oğlu – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri
Eyvazova Nərgiz Xələf qızı – Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri
Həsənli Emin Əliyar oğlu – Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri
Qonaqov Rufiz Rəhim oğlu – Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri
Quliyev Azay Əjdər oğlu – Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri
İsmayılov Şahin Əmir oğlu – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
Xəlilov Anar Əhməd oğlu – Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri
Nuriyev Əliməmməd Mali oğlu – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 aprel tarixli 2194 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 372) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2016-cı il.
Şərhlər bağlıdır.