Mingəçevirlilər narkotiklərə yox deyirlər
Aprelin 23-də Heydər Əliyev Mərkəzində dövlət və ictimaiyyət nümayəndələrinin iştirakilə “Narkotiklərə yox deyək” adlı tədbir keçirilib. Öncə Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət proqramının xüsusiyyətləri barədə danışıb: “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə Mingəçevirdə sağlam həyat tərzi, narkomanlığın cəmiyyətə vurduğu ziyan, asudə vaxtın səmərəliliyi ilə bağlı mütamadi tədbirlərin keçirilir. Ancaq hələ də hesab edirik ki, görüləsi işlər çoxdur”.
Mingəçevir şəhər Narkoloji dispanserin baş həkimi Nurəddin Ələkbərov narkoloji vəziyyət, narkotik vasitələrdən asılı olan şəxslərin müəyyən olunması və onlara tətbiq edilən müalicə- reabilitasiya tədbirləri barədə fikirlərini çatdırıb. O təəssüflə qeyd edib ki, əvvəllər dispanserə müraciət edən xəstələr 30-35 yaşında idi, indi isə 17-25 yaşlı gənclər çoxluq təşkil edir.
Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov “Narkotik vasitələrin yayılması bəşəriyyətin faciəsidir”, şəhər polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Emin Cavadov “Mingəçevir şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, Dövlət komissiyası işçi Qrupunun nümayəndəsi Şahin İsmayılov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət proqramının icrasına dair Dövlət komissiyası tərəfindən görülən işlər”, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov “Narkomaniya millətin bəlası kimi. Müalicə və profilaktika” mövzusularında çıxış ediblər.
Sonda video çarx nümayiş olunub.
Şərhlər bağlıdır.