Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qaydaları pozan piyadalar məsuliyyətdən yayınmağa çalışsalar da…

Kimisi övladı ilə piyada keçidi olmayan yerdən keçir,  kimisi öz həyatını təhlükəyə ataraq qaydaları pozur.  Yol hərəkəti qaydalarını davamlı olaraq pozaraq yollarda qəza vəziyyəti yaradan piyadaların müəyyən edilməsi üçün Dövlət Yol Polisi  Mingəçevir bölməsi bu gün gücləndirilmiş iş rejimində çalışıb. Şəhərin Heydər Əliyev prospekti,  20 Yanvar və Nəriman Nərimanov küçələrində piyadaların nəqliyyat yollarından keçidinə nəzarət tətbiq edən yol polisi əməkdaşları 50-dən çox qayda pozucusunu saxlayıblar. Yol hərəkəti qaydalarını pozan piyadalardan bəziləri qanunun tələblərinə tabe olmayaraq, kimliklərini belə bildirmək istəməyiblər. Digər qismi isə dəfələrlə yol intizamını pozmasına rəğmən,  ilk dəfə qaydaları pozduğunu bəhanə edərək məsuliyyətdən yayınmağa çalışıb. Reyd zamanı piyadardan 33 nəfərinə inzibati protokol tərtib olunub. Digər qayda pozanlara marifləndirmə xarakterli söhbətdən sonra ciddi xəbərdarlıq edilib.

 

Şərhlər bağlıdır.