Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Professor Əyyub Əyyubovun adı mötəbər ensklopediyada yer alıb

Bu günlərdə Rusiyadan professor Əyyub Əyyubovun ömür və fəaliyyət yolunda əlamətdar hadisə kimi tarixləşəcək müjdəli xəbər daxil olub. Avropa  Tətbiqi  Elmlər Akademiyasının Rusiya nümayəndəliyi tərəfindən ardıcıl olaraq hazırlanıb nəşr olunan “Velikaya Rossiya”  Bioqrafik Ensklopediyasının 23-cü cildində Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun  həyat və fəaliyyəti barədə ensklopedik məlumatlar  da əksini tapıb. O cümlədən  Əyyub Əyyubovun müəllifliyi ilə hazırlanmış 30-dan çox  elmi kitab, dərslik və elmi məqalələr barədə  ətraflı məlumat verilib. Məlumat bazasından da bəlli olur ki,professor Əyyub Əyyubov Avropa  Tətbiqi  Elmlər Akademiyasının ən çox önəm verdiyi həqiqi üzvlərindən biridir.

Professor  A. Meluanın rəhbərliyi ilə işıq üzü görmüş  23-cü cild Sankt-Peterburqun  “Qummanistika” nəşriyyatında çap olunub. Həyata keçirilmiş proses Avropa Tətbiqi  Elmlər Akademiyasının Almaniyada yerləşən baş ofisi və  Akademiyanın Reyasət Heyətinin prezidenti professor V.Tımınskinin göstərişinə əsasən gerçəkləşib.   “Velikaya Rossiya”  ensklopedyasının əzəlki cildlərində olduğu kimi, 23-cü cildində də elmi axtarışlar sahəsində xüsusi xidmətləri olan elm adamlarının isimləri və fəaliyyəti barədə məlumatlar üstünlük təşkil edir.

Şərhlər bağlıdır.