Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Prezident İlham Əliyevin 6 aprel Brüssel səfəri sülh gündəliyini yaratdı

5 saata yaxın davam edən görüşün nəticəsi olaraq sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı

6 aprel 2022-ci ildə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə səfərdə olan prezident İlham Əliyev 3 tərəfli görüş keçirmişdir. Görüşdə Azərbaycanın prezidenti İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan iştirak etmişdilər. Görüşün nəticəsi olaraq Brüssel sülh gündəliyi yarandı. Görüş nəticəsində əldə olan razılığa əsasən davamlı və intensiv təmasların aparılması nəzərdə tutulub. 5 saata yaxın davam edən görüşün nəticəsi olaraq sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Azərbaycan prezidenti tərəfindən 5 maddədən ibarət təklif irəli sürülmüşdür. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinə, ATƏT-in MİNSK qrupu həmsədirlik inistituna istinad olunmamışdır. Görünən odur ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış geosiyasi reallığı qəbul edir. Son illər Avropada enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu yüksəlmişdir. Prezident İlham Əliyevin nüfuzunun artması bütün bunlara bariz nümunədir.

Müşavirədən Prezident İlham Əliyevin videoçıxışını təqdim edirik.

FHN Aran Regional Mərkəzi Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.