PKK terror təşkilatının işğal olunan Azərbaycan torpaqlarında hərbi bazalar qurduğu və Ermənistanın təşəbbüsü ilə Azərbaycana qarşı vuruşduğu barədə əsaslı məlumatlar var
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarını pozan və xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməyə mane olan vasitə kimi Muzdlulardan istifadə üzrə İşçi Qrupun sədri Kris M. A. Kvacaya müraciət ünvanlayıb. Bu barədə mətbuata Fondun prezidenti Umud Mirzəyev məlumat verib. Müraciətdə Ermənistanın Azərbaycana qarşı müharibədə qanunsuz olaraq muzdlulardan istifadəsinin qınanılmasına və bu kimi halların baş verməməsi üçün müvafiq addımların atılmasına çağırılır.
Müraciətdə deyilir:
Hörmətli xanımlar və cənablar!
Dərin narahatlıq hissi ilə bildiririk ki, bu yaxınlarda Azərbaycan Respublikası Baş Prokurorluğu müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici vətəndaşların muzdlu şəxs qismində Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi və Ermənistan tərəfindən ölkəmizə qarşı istifadə edilməsi faktını müəyyənləşdirib.
Beləliklə, hərbi əməliyyatlar zamanı zərərsizləşdirilən döyüşçülər arasında Suriya, Livan, ABŞ, Kanada, Yunanıstan və Fransadan çox sayda muzdlu aşkar edilib və onların Ermənistan tərəfindən münaqişə bölgəsinə gətirildiyinə dair sübut var.
Bundan əlavə, PKK terror təşkilatının işğal olunan Azərbaycan torpaqlarında hərbi bazalar qurduğu və Ermənistanın təşəbbüsü ilə Azərbaycana qarşı vuruşduğu barədə əsaslı məlumatlar var.
Bildiyimiz kimi, “muzdlu” termini 12 Avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına Əlavə Protokolun və Beynəlxalq Silahlı Münaqişələrin Qurbanlarının Müdafiəsinə dair Protokolun (Protokol I, 1977) 47-ci maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə, muzdlunun döyüşçü və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Bu o deməkdir ki, muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.
Muzdlulardan istifadə ilə mübarizədə əsas hüquqi vasitə 4 dekabr 1989-cu il tarixli 44/34 saylı qətnamə ilə BMT Baş Məclisinin 44-cü sessiyasında muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı qəbul edilmiş Beynəlxalq Konvensiyadır.
Göründüyü kimi, muzdlular beynəlxalq hüquqa görə cinayətkar kimi tanınır və beynəlxalq cinayətkarlar kimi mühakimə olunmalıdırlar. Muzdlulardan istifadə ilə bağlı universal yurisdiksiya “aut dedere aut judiciare” (“ekstradisiya və ya təqib etmək”) prinsipinə uyğun olaraq müəyyən edilmişdir.
Ermənistan muzdluları Azərbaycana qarşı müharibəyə fəal şəkildə cəlb edərək beynəlxalq hüquq normalarını bir daha kobud şəkildə pozur.
Azərbaycanda fəaliyyət götərən QHT olaraq, muzdluları münaqişəyə cəlb edən Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulmasını kəskin şəkildə qınamağa və bu kimi halların baş verməməsi üçün müvafiq addımlar atmağa çağırırıq.
***
The International Eurasia Press Fund (IEPF) has appealed to Chris MA Kwaja, the United Nations High Commissioner for Human Rights Chairperson of the Working Group on the use of mercenaries as a means of violating human rights and impeding the exercise of the right of peoples to self-determination.
According to press, President of the Fund Umud Mirzayev told. The appeal calls on the Working Group to condemn the illegal use of mercenaries by Armenia in the war against Azerbaijan and to take appropriate steps to prevent such cases.
The appeal says:
Dear Ladies and Gentlemen!
With deep concern we do emphasize that the Prosecutor General’s Office of the Republic of Azerbaijan has recently established the fact that members of various terrorist organizations, including foreign nationals, were brought to the occupied territories of Azerbaijan as mercenaries and used against our country by Armenia.
Thus, a large number of mercenaries from Syria, Lebanon, the United States, Canada, Greece and France were identified among the fighters neutralized during the military operations, and evidence was found that they were brought to the conflict zone by Armenia.
In addition, there is substantial information that the PKK terrorist organization has established military bases in the occupied lands of Azerbaijan and fought against Azerbaijan at the initiative of Armenia.
As we know, the “mercenary” term is reflected in Article 47 of the Protocol Additional to the Geneva Conventions of 12 August 1949, and relating to the Protection of Victims of International Armed Conflicts (Protocol I, 1977). According to this article, a mercenary has no right to receive the status of a combatant or prisoner of war. It means that the participation of mercenaries in the military conflict is contrary to international humanitarian law.
Being the main legal tool in the fight against mercenarism, the International Convention Against the Recruitment, Use, Financing and Training of Mercenaries, adopted at the 44th session of the UN General Assembly by Resolution 44/34 on 4 December 1989, criminalizes the recruitment, financing, use and training of mercenaries.
Apparently, mercenaries are recognized as criminals under international law and must be brought to justice as international criminals. Universal jurisdiction regarding mercenarism has been established in accordance with the principle of “aut dedere aut judiciare” (“either extradite or prosecute”).
Armenia is once again grossly violating the norms of international law by actively involving mercenaries against Azerbaijan.
As the Azerbaijani NGO, we appeal to you calling to strongly condemn the violation of the norms and principles of international humanitarian law by Armenia, which involves the mercenaries into the conflict, and take appropriate steps to prevent further such cases.
Şərhlər bağlıdır.