AktualQarabağ

“Azərbaycanlılar niyə Qarabağa, evlərinə qayıtmaq istəyir”

Beynəlxalq media mütəxəssisi Dan Meyson bu barədə nə yazır?

Böyük Britaniyadan olan beynəlxalq media mütəxəssisi Dan Meyson “Azərbaycanlılar niyə Qarabağa – evlərinə qayıtmaq istəyir?” adlı məqalə ilə çıxış edib. Analitik təhlil xarakterli məqalədə daha çox Azərbaycanın Qarabağ müharibəsindən sonra real həyatı əks olunub.

Meysonun “Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğu ilə yüklənməyib” – deyə qeyd etdiyi yazısında Azərbaycan həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Beynəlxalq media mütəxəssisi münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinin uzun illərdir heç bir səmərə vermədiyini, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən geri çəkilməsi ilə bağlı qətnamələrinin də bu illər ərzində icra olunmadığını bildirib. Bu səbəbdən də sosial media platformalarının gündəmində olan #KarabakhIsAzerbaijan (Qarabağ Azərbaycanındır!) həştəqinin əslində hamıya məlum olan, sadə bir həqiqəti əks etdirdiyini vurğulayıb.

D.Meysonun analitik təhlili sosial mediada böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycandan, həmçinin, müxtəlif ölkələrdən olan internet istifadəçiləri yazını bəyənib və paylaşım edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də yazını “Twitter” səhifəsi üzərindən paylaşıb. H.Hacıyev paylaşımında D. Meysonla şəxsi tanışlığının olmadığını, lakin Azərbaycan xalqının duyğularını ifadə etdiyinə və dəstəyinə görə təşəkkürünü ifadə edib.

Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, Dan Meyson 30 ildən çox professional jurnalist kimi Böyük Britaniyanın ən qabaqcıl media qurumlarında çalışıb. Son 10 il ərzində Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində rəqəmsal media təlimləri keçməkdədir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close