QHT

Pandemiya şərtlərindən əziyyət çəkmiş ailələrə sosial yardım verilib

COVİD-19 pandemiyasının şərtləri altında  nikah aktlarını  təxirə salan, gözləmə mövqeyi tutan şəxslər üçün konsultativ  yardımlar təşkil edilir

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkili”  layihəsi çərçivəsində pandemiya şərtlərindən əziyyət çəkmiş ailələrə sosial yardımlar paylayıb. Layihənin koordinatoru, MİTD İB sədri  Müşfiq Ələsgərli bildirib ki, sosial paketlərdə ərzaq məhsulları, gigiyenik vasitələr və tibbi ləvazimatlar olub. Sosial yardım proqramı 30 ailəni əhatə edib. Ailələr  Masallı və Cəlilabad rayonlarının sakinləri sırasından müəyyənləşdiriliblər.

Məlumat üçün bildirək ki, “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkili”  layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin məqsədi COVİD-19 pandemiyasının şərtləri altında  nikah aktlarını  təxirə salan, gözləmə mövqeyi tutan şəxslər üçün konsultativ  yardımlar təşkil etməkdir. Belə şəxsləri yeni dövrün şərtlərinə uyğun formalaşdırılmış nikah  mərasimləri formaları ilə  tanış etmək, bu yolla, nikah proqramlarını yeni dövrün şərtlərinə uyğunlaşdırmağa sövq etməkdir. Nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır. Mütəxəssislərin, ekspertlərin  bu yöndə təklif və tövsiyyələrinin  ictimailəşdirməsi, cəmiyyətə çatdırılması və dərk edilməsi üçün KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir. Layihənin məqsədlərindən biri KİV-lərin bu sahədə rolunun stimulaşdırılmasından ibarətdir.

Pandemiya dövründə Azərbaycanda və digər ölkələrdə tətbiq edilən yeni nikah – toy mərasimləri formaları barədə bilgilər, həmçinin, mövzu üzrə  ekspert  tövsiyyələri əyani vəsait – kitabça  formasında toplanılacaq. PDF variantda hazırlanacaq kitabça internet resurslarında  yerləşdiriləcək və hər kəs üçün əlçatan olacaq.

İP göstəricisi yüksək olan internet TV-lərdən birində mövzu üzrə müzakirələr təşkil ediləcək. TV müzakirədə mövzu üzrə ekspert  iştirak edəcək, cualları cavablandıracaq.

Bakı şəhərində, Cəlilabad və Masallı rayonlarında (sərt karantin rejimi tətbiq edilmiş şəhər və rayonlarda) 30 nəfər gənc və imkansız ailə müəyyənləşdiriləcək, onlarla konsultativ söhbət aparılacaq və sosial yardım göstəriləcək.

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close