AktualAraşdırma

“Mingəçevir bəndinin hədəfə alınması mənasızdır”

Əməkdar mühəndis, Azərbaycan Texniki Universitetinin professoru Qara Həsənov belə hesab edir ki, uzaqmənzilli raketləri Mingəçevirə atanların cəhdləri puça çıxacaq

Son aylarda Ermənistan tərəfin məsuliyyətsiz rəhbərləri uzaq məsafədən atacaqları raketlərlə Mingəçevir su bəndini vuracaqlarını iddia edirlər. Oktyabrın 4-də isə düşmən tərəfi bu şəhərə 3 raket atmaqla dinc əhaliyə və mülki obyektlərə ziyan vurmağa çalışıb. Xoşbəxtlikdən 2 mərmi zərərsizləşdirilib, 1 raket isə məcburi köçkünlərin məskunlaşdıqları evə və 5 nəfərə xəsarət yetirib.

Təbii ki, düşmənlərimiz su bəndini dağıtmaq adı altında Azərbaycanın 4-cü sənaye şəhərində kompakt yaşayan insanları qorxutmaq niyyətilə bunu ediblər.  Əməkdar mühəndis, Azərbaycan Texniki Universitetinin professoru Qara Həsənov belə hesab edir ki, uzaqmənzilli raketləri Mingəçevirə atanların cəhdləri mənasızdır: “Həmin raketlər uzağı 4 metrə qədər dərinlikdə dağıtmaq gücünə malikdir, Halbuki uzunluğu 1550 m,  hündürlüyü 80 m olan Mingəçevir su anbarı bəndinin eni 16 m-dir. Bu o deməkdir ki, raketlər, əgər partlamış olsa belə, mövcud qurğuya çox cüzi xəsarət yetirə bilər, amma bu, bəndin dağılmasına heç zaman səbəb ola bilməz. Yeri gəlmişkən, su hövzəsində quru və hava hücumlarından mühafizə üçün mükəmməl sistemlər də qurulub”.

Məlumat üçün bildirək ki, Kür çayının Bozdağdan keçdiyi hissəsində yaradılan Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib. Su anbarının 83 metrlik normal dolma səviyyəsində ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni bənddə 3 km-dən başlayır və Alazan çayı tökülən yerdə 18 km-ə qədər dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su səthinin sahəsi isə 605 km2-dir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları Mingəçevir su anbarından qidalanır. Su anbarından enerji istehsalı, su təchizatı, balıqçılıq və çaylarda suyun səviyyəsinin idarə olunması məqsədi ilə istifadə olunur. Su anbarının qidalanmasında Kür, Alazan, İori və Gəncəçaydan gələn su axınından istifadə edilir. Anbarı ərazisinə Mingəçevir, Yevlax, Samux və Gəncənin bir hissəsi daxildir.  

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close