Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Noyabrın 11-də saat 11-də hamı Teatr meydanına gəlsin!

 

Mingəçevirin 70 illik yubileyi ilə bağlı yekun tədbirin vaxtı və yeri müəyyənləşdi

Noyabrın 2-də Mingəçevir Şəhər İcra Hakmiyyətində şəhərin 70 illik yubileyinin keçirilməsiylə bağlı təşkilat komitəsinin növbəti yığıncağı keçirilib. İcra hakmiyyəti başçısının səlahiyyətlərini icra edən birrinci müavin İlham İsmayılov görülən işlər barədə məlumat verib. O, bildirib ki, bir sıra idarə və müəssisələrdə nəzərdə tutulan cədvəl üzrə tədbirlər həyata keçirilib. SES silsiləsinə ekskursiyalar, şəhərin qurucuları ilə görüşlər təşkil olunub, iməciliklər və ağac əkmə kampaniyası, şəhər stadionunda idman bayramı keçirilib, yerli qəzetlərdə Mingəçevirin tarixi və bu günü ilə bağlı məqalələr çap edilib.

İ,İsmayılov bildirib ki, heç də bütün təşkilatlar bu işdə fəallıq göstərmirlər: “Ümid edirəm ki, onlar qarşıdakı günlərdə tədbirlər planına uyğun olaraq şəhərimizin yubileyinə töhfələrini verəcəklər”.

Birinci müavin nəzərə çatdırıb ki, noyabrın 11-də təşkil olunacaq yekun tədbir iki hissədən ibarət olacaq: “Bayram saat 11-də Teatr meydanında açıq havada başlayacaq. Saat 14-dən etibarən isə MDDT-nın tamaşa salonunda davam edəcək. Bu işdə Mədəniyyət Nazirliyi, şəxsən nazir Əbülfəs Qarayev bizə yaxından kömək göstərib. Nazirliyin xəttilə göndərilən rejissor bir müddətdir ki, bayram tədbirinin səhnələşdirilməsi ilə məşğuldur. Nazir MDDT-ya generator alınmasına, iki musiqi məktəbinin təmirinə köməyini əsirgəməyəcəyini də bildirib”.

Qeyd olunub ki, bu şəhərə canı-dildən xidmət göstərən və onun salınmasında payı olan insanların siyahısı hazırlanıb və onlara dəvətnamələr göndərilib.Qonaqlara və tədbir iştirakçılarına hədiyyələr, o cümlədən Mingəçevirin dünəni və bu günününün videogörüntülərini əks etdirən disk də bağışlanacaq.

Şərhlər bağlıdır.