Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Novruzu Şuşada qarşıladığımız gün gəldi

Bayram süfrəmizi “S” hərfi ilə başlayan 8 nemət: səbzi, sumax, sirkə, səməni, süd, su, sünbül və süzmə bəzəyir

Novruz bayramının çox qədim tarixi vardır. Bu bayram əsasən torpağın oyanışı kimi təcəssüm olunur. Təxminən 24 il əvvəl Ulu Öndər H.Əliyev demişdir: “Gün o gün olacaqki, Novruz bayramını bir il Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda , Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Bu bayram Azərbaycan tarixində çox mühüm hadisə kimi tərənnüm olunur. Azərbaycanın Birinci Vitse Prezidenti, H.Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri Maddi-Mədəni İrs üzrə REPREZENTATİV siyahıya daxil edilib. 28 sentyabr-2 oktyabr 2009-cu ildə BƏƏ-nin Əbu Dabi şəhərində keçirilmiş UNESCO-nun  Qeyri Maddi-Mədəni İrs üzrə hökumətlərarası komitəsinin  4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan)  nominasiya kimi UNESCO-nun Qeyri Maddi-Mədəni İrs REPREZENTATİV siyahısına salınıb. 23 fevral 2010-cu ildə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

İnsanlar bu bayramda bir-birilərini təbrik edirlər. Bütün küsülər aradan qalxır.

Bu bayramın fəlsəfəsi isə 4 ünsürlə əlaqələndirilir. Su, Od, Yel və Torpaq. Tarixi folklorumuzda bu bayramla əlaqədar çoxlu nümunələr var. “Papaq atmaq”, “Qulaq falı”, “Tonqaldan tullanmaq”, “Üzük falı”, “Səməni əkmək”, “Yumurta döyüşdürmək” bunlara misal ola bilər. Bayram süfrəsində isə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: Səbzi, sumax, sirkə, səməni, süd, su, sünbül və süzmə.

Azərbaycanın görkəmli sənətkarları Novruz haqqında mahnılar yazıb və filmlər çəkiblər.

 

FHN Aran Regional Mərkəzinin

Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.