Növbəti könüllülər dəstəsi sertifikat aldı
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllülük fəaliyyətini bitirmiş gənclərə noyabrın 29-da sertifikatlarını təqdim edib. Başçı ölkəmizdə könüllülük hərəkatının inkişafından söz açıb, ölkə Prezidenti İlham Əliyevin könüllülük hərəkatına göstərdiyi diqqətdən danışıb və könüllülərə qazandıqları təcrübəni iş həyatlarında uğurla tətbiq etmələrini arzulayıb.
Könüllülər çıxış edərək, təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübədən istifadə edəcəklərini bildiriblər. Sonra könüllülərə sertifikatlar təqdim olunub.
Şərhlər bağlıdır.