Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Neftçi Komandası Qadınlara Qarşı Zorakılığa “YOX” deyir

212

“Neftçi” futbol klubu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMTnin Azərbaycan Nümayəndəliyi ilə əməkdaşlıq edərək 25 noyabr-10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyası çərçivəsində 27 noyabr saat 18:15-də “Sabail FC” ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcək!

Sözügedən oyun Bakcell Arenada baş tutacaq.

Bu ilki kampaniyanın əsas məqsədi kişi və oğlanların bu məsələyə həssaslığını artırmaq, onları “Qadınlara Qarşı Zorakılığa Son” deməyə çağırmaqdır.  

Siz də bizə qoşulun, qadın və qızlarımızın zorakılıqdan azad yaşamaq hüququnun reallaşmasına dəstək verin!

 

 

Şərhlər bağlıdır.