Mingəçevirdəki 7 saylı tam orta məktəbdə şəhər polis şöbəsinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilb. Polis şöbəsinin rəisi, polis polkovniki Teymur Hacıyev narkomaniyanın fəsadları barədə danışıb. O, eyni zamanda vurğulayıb ki, narkomaniya ilə mübarizə təkcə polisin deyil, bütün cəmiyyətin işidir: “Əməliyyat tədbirləri nəticəsində bu yaxınlarda 5 kiloqrama yaxın narkotik maddə dövriyyədən çıxarılıb. Siz öz ətrafınızıda olan dostlarınızı da bu sahədə maarifləndirməklə, sabaha sağlam gənclər kimi yetişməlisiniz”.
Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin əməkdaşı Rəşad Məmmədov, Narkomübarizə qurupunun rəhbəri Emir Cavadov, Narkoloji dispanserin baş həkimi Nürəddin Ələkbərov, məktəbin direktoru Anar İsmayılov və başqaları ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyi, maarifləndirmə işlərinin aparılmasının vacibliyi haqda danışıblar.
Şərhlər bağlıdır.